Amerikalıları qorxudan rus (FOTO)

Amerika Birləşmiş Ştatları kiber-cinayətdə ittiham edilən rus hakkerin yaxalanması üçün mükafat açıqlayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ Dövlət Departamenti rusiyalı məşuhr haker Yevgeni Boqaçev haqında informasiya verən şəxsə 3 milyon dollar məbləğində mükafat təqdim edəcəyini bildirib. Bu haqda “Reuters” xəbər yayıb.

Boqaçev şəxs və qurumlara aid kartların kodunu sındıraraq məlumatları oğurlamaqda günahlandırılır.

Xatırladaq ki, bir müddət əvvəl isə ABŞ ədliyyə departamenti rusiyalı haker Yevgeni Boqaçevə qarşı cinayət işi qaldırdığını bəyan edərək onu kompüter möhtəkirliyində və Amerika vətəndaşlarının hesabından 1 milyon dollar oğurlamağa cəhddə ittiham edirdilər.

…read more

From:: ANS