Con Makkeyn müharibə istəyir (VİDEO)

ABŞ hökumətinin Ukraynaya ilə bağlı atdığı addımlar rüsvayçılıqdır.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeyn bəyan edib.

Makkeyn qeyd edib ki, Ukraynanın ABŞ-dan öz ərazisində Quru Qoşunlarının yerləşdirilməsi tələbi olmayıb. Komitə rəhbəri, Ukraynaya göstərilən hərbi yardım səviyəsinin gözə çarpan şəkildə aşağı düşdüyünü açıqlayıb.

Bununla yanaşı Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin üzvü Andrey Tetyeryuk bəyan edib ki, ABŞ Ukraynaya silah ixrac edib. O, həmçinin əlavə edib ki, yaxın zaman ərzində ABŞ Ukraynaya daha çox silah ixrac edəcək.

Rusiyayönlü RT kanalı isə, “hərbi cinayətkar” adlandırdığı Makkeynin Rusiya ilə müharibəyə təşviq etmək niyyətində olduğunu iddia edib. Kanal iddianı Makkeynin verdiyi müsahibədən sitat gətirərərk isbat edir.

…read more

From:: ANS