Şeyxulislamın Xocalı çıxışı

Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin Əbdüləzizin himayəsi ilə İslam Aləmi Liqasının “Terrorizmə qarşı mübarizə” adı altında təşkil etdiyi Beynəlxalq konfransda iştirak etmək məqsədi ilə 21-24 fevral 2015-ci ildə Məkkədə səfərdə olub.

Səudiyyə Ərəbistanı kralının müşaviri, Məkkə quberniyasının əmiri Xalid Feysəlin açdığı konfransda dünyanın bir çox ölkələrindən ali dini liderlər, islam alimləri, dini işlər üzrə nazirlər, müxtəlif elm və beyin mərkəzlərinin rəhbərləri iştirak edib. Konfransı giriş sözü ilə açan İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdülmühsin Əl-Türki konfransın mövzusunun aktuallığına toxunaraq, terrorizmin bütün dünyanı bürüyən bir bəla olduğunu, bu bəlanın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətlə yanaşı bütün dinlərin əl-ələ verməli olduğunu xüsusi vurğulayıb. İslamın terrora qarşı olduğunu söyləyən, Quran ayələrindən sitatlar gətirən Əl-Əzhərın şeyxi Əhməd Əl-Tayyib isə bir sıra qərb ölkələrinin terroru İslamla bağlamağa çalışdıqlarını qətiyyətlə pisləyib və qərb ölkələrindən çox, bu gün müsəlman dünyasının terrordan əziyyət çəkdiyini təəsüflə qeyd edib. Sonra Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin Əbdüləzizin müraciətini konfrans iştirakçılarına oxuyan Məkkə əmiri Xalid əl-Feysal Səudiyyə dövlətinin beynəlxalq terrorizmə qarşı mübarizədəki rolundan danışaraq, ölkəsinin İŞİD-ə qarşı beynəlxalq koalisiyada təmsil olunmasının buna nümunə olduğunu diqqətə çatdırıb.

Tədbirin açılışından sonra günün ikinci yarısı nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib.

Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, qanlı olaylar və narahat gündəm yaşadığı bir dövrdə İslam Aləmi Liqasının belə bir konfransı təşkil etməsini məntiqi bir qərar kimi dəyərləndirərək minlərlə günahsız insanın məhv olduğu bir dönəmdə müsəlman dünyasının özünün sülh məramını bir daha bəşəriyyətə bəyan etməli olduğunu xüsusi ilə vurğulamışdır. Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edərək bildirib ki, eyni qibləyə namaz qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün islam …read more

From:: ANS