ABŞ-ın Azərbaycandakı səfirliyindən iddialara cavab

ABŞ-ın Azərbaycandakı Səfirliyi AXCP sədrinin sabiq müavini, partiyadan istefa vermiş Razi Nurullayevin ittihamlarına aydınlıq gətirib.

ANS PRESS xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, R.Nurullayevin səfirliyin ünvanına qarşı səsləndirdiyi idiialar tamamilə əsassızdır.

Qeyd edək ki, Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında istefa verdiyi gün Ə.Kərimli ilə aralarında olan dialoqu açıqlayıb: “Əli Kərimli məni evinə dəvət etdi. Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Dedi ki, ABŞ və Böyük Britaniya səfirliyi ona fakt təqdim etdilər ki, mən dövlətə satılmışam. Demək, ABŞ və Böyük Britaniya səfirliyində ölkəni dinləmə aparatı quraşdırılıb. Necə ola bilər ki, səfirlik məni izləyib və Əli Kərimliyə belə hesabat verib?” …read more

From:: ANS