110 santimetrlik ananın 46 santimetrlik uşağı oldu

Türkiyənin Dənizli Dövlət Xəstəxanasında 110 santimetr boyu olan qadın, 46 santimetr boyu, kilosu isə 2 kilo 600 qram olan beşinci uşağını dünyaya gətirib.

ANS PRESS-in məlumatına görə, 35 həftəlik hamilə olan 30 yaşlı Eda G. sancıları səbəbiylə Muğlanın Fethiye mahalındakı bir xəstəxanaya müraciət edib. Erkən doğum riski olan xəstə Muğladan Dənizli Dövlət Xəstəxanası Qadın Doğum Xidmətinə göndərilib. 110 santimetr boyunda olan və beşinci uşağına hamilə qalan Eda G, erkən doğum riski şübhəsiylə dərhal əməliyyat edilib. Çətin bir əməliyyat keçirən xəstənin 46 santimetr boyunda 2 kilo 600 qram ağırlığında sağlam bir qız körpəsi dünyaya gəlib.

110 santimetr boyundakı Eda G. əməliyyat edən həkim “Çətin əməliyyat oldu. Lakin etdiyimiz müvəffəqiyyətli əməliyyatla 2 kilo 600 qram ağırlığında 46 santimetr boyunda Müge adlı bir qız uşağı dünyaya gəldi. Hazırda ananın də körpənin də vəziyyəti çox yaxşıdır” deyib. …read more

From:: ANS