Cazibədar teleaparıcı: “Evdə qalmışam…” (FOTO)

Aksiyon yarışmalarındakı müvəffəqiyyəti ilə özünü təsdiqləyən gözəl və cəsarətli türk aparıcı Asuman Krause evliliklə bağlı maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, ötən günlərdə alış-veriş mərkəzlərindən birində müxbirlərlə rastlaşan Asuman Krause onların suallarını da cavablandırıb.

Əynindəki hərbçi paltarı formasında olan kürkü ilə diqqət çəkən cazibədar aparıcı obyektivlərə tək yaxalansa da əhvalı yaxşı olub.

Müxbirlər ona həyatında birinin olub-olmadığı barədə sual ünvanlayıblar.

“Həyatımda heç bir dəyişiklik yoxdur. Hələ subayam. Bütün dostlarım evləndi, mən hələ evlənməmişəm, evdə qaldım”, – deyə zarafatyana cavab verib.

Qeyd edək ki, Asuman bir müddət əvvəl “Habertürk”ə veridyi açıqlamada evlilikdən, evlənib ayrılmaqdan qorxduğunu, buna səbəb isə ailəsinin də ayrılsığını görməsi olub.

…read more

From:: ANS