Bakıda vaxtı ötmüş boyalar satışdan çıxarılıb (VİDEO)

Paytaxtda saxta tikinti materialları aşkar edilib. Aşkar edilən məhsullar satışdan çıxarılıb.

ANS TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarliqla Mübarizə İdarəsinə vətəndaşlardan paytaxtın Nərimanov rayonu ərazisində yerləşən tikinti materialları mağazasında istifadə müddətləri bitmiş tikinti materiallarının satılması barədə məlumat daxil olub.

Vətəndaşların təqdim etdikləri iki ədəd 15 litrlik iç boyalarının üzərindəki tarix göstəricilərinə baxış keçirilərkən yararlıq və istifadə müddətinin 02 noyabr 2013-cü il tarixdə bitməsi müəyyən edilib.

Faktla əlaqədar baş idarə əməkdaşları tərəfindən mağazaya baxış keçirilib. Oradan əlavə olaraq istifadə müddətləri bitmiş külli miqdarda müxtəlif çeşiddə tikinti materialları aşkar olunaraq satışdan çıxarılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

…read more

From:: ANS