Londonda unikal Xocalı aksiyası (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londonda Xocalı qurbanlarının xatirəsinə incəsənət qurğusu yaradılıb.

Çelsi İncəsənət Kollecində quraşdırılmış incəsənət qurğusunda Xocalı faciəsi nəticəsində həlak olan hər bir soydaşımızın xatirəsinə üzərilərində adları və təvəllüdləri yazılmış köynəklər asılıb.

Tədbirdə Böyük Britaniya parlamentinin deputatı Kristofer Pinçer Xocalı faciəsi qurbanlarının xatirəsinin incəsənət vasitəsilə anılmasını və insanların diqqətinin faciəyə yönəldilməsini yüksək qiymətləndirib. K.Piçer Xocalı faciəsində həlak olan soydaşlarımız haqqında statistik məlumatlar verib. Tezliklə ədalətin bərpa olunmasını, ermənilər tərəfində işğal olunan torpaqlarımızın geri qaytarılmasını və yurd- yuvalarından didərgin düşən Azərbaycanlıların doğma torpaqlarına geri qayıtmasını arzu edib.

Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq havaya şarlar buraxılıb.

Daha sonra incəsənət qurğusuna baxış olub.

…read more

From:: ANS