Ukrayna üçün növbəti bir il

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Normand dördlüyünün” Fransanın paytaxtı Parisdə keçirilən görüşünün faydalı olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, bu haqda TASS informasiya agentliyi xəbər verib.

Ukraynanın xarici siyasət idarəsinin başçısı Pavel Klimkin isə Debaltseva şəhəri barədə razılığa gəlməyin mümkün olmadığını qeyd edib.

Görüş zamanı nazirlər Minsk razılaşmasından sonrakı vəziyyəti müzakirə ediblər. Xarici işlər nazirliklərinə əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üçün monitorinq mexanizmini yaratmaq həvalə olunmuşdu. Sergey Lavrov Parisdə əsas diqqətin məhz bu məsələyə yönəldiyini bildirib.

O, həmçinin görüş iştirakçılarının xarici işlər nazirlərinin müavinləri və ya departament direktorları vasitəsi proseslərə nəzarət etmək barədə də razılaşdıqlarını vurğulayıb.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin sözlərinə görə, Ukraynanın şərqində zorakılıq səviyyəsinin azalmasına baxmayaraq, vəziyyət hələ də qeyri-sabitdir və atəşkəs rejiminin çoxsaylı pozulması halları müşahidə olunur.

Fransanın xarici işlər naziri Loran Fabius isə görüş iştirakçılarının tərəfləri, atəşkəs rejimindən başlayaraq ağır silahların geri çəkilməsinədək, Minsk razılaşmasına tam əməl etməyə çağırdıqlarını deyib.

Nazirlər, həmçinin ATƏT-in missiyasının martın axırında bitəcək mandatını daha bir il də uzadılması qərarına gəliblər.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qırmızı Xaç komitəsinin başçısı ilə görüşmək üçün yekun bəyanatı gözləmədən Fransanın paytaxtını tərk edərək Moskvaya qayıdıb. …read more

From:: ANS