Rusiya ordusu Tiflisə girdi

Rusiya Ordusuna məxsus hərbi texnika Gürcüstanın paytaxtı Tiflis küçələrində peyda olub.

ANS PRESS-in məlumatına görə, hərbi texnikanın Tiflisdə olduğu ilə bağlı fotoları gürcü bloqqerlər yayıblar.

Bildirilir ki, hərbi avtomobilərin hamısında Rusiya tranzit nömrələri olub. Bloqqerlərin sözlərinə görə, avtomobillər bir gecə Tiflisin mərkəzi rayonlarından birinə daxil olublar. Burada bir gecə qalandan sonra hərbi texnika naməlum istiqamətdə hərəkə ediblər.

Bloqqerlər bildirir ki, Rusiya Silahlı Qüvvələrinə məxsus ağır hərbi texnika Tiflisə gündüz saatlarında gəlsə də, gecə saatlarında ərazini tərk ediblər.

“Ehtimal edilir ki, Rusiyanın Cənub hərbi dairəsinin ağır texnikası Ermənistandakı 102 saylı hərbi bazaya getmək üçün Gürcüstan ərazisindən keçmək barədə “icazə” alıb”, – deyə bloqqer bildirir. …read more

From:: ANS