Bakı 2015-in könüllülərinin uniformaları (FOTO)

Bakı 2015 Avropa Oyunları bu gün Nar Mobile-ın dəstəyi ilə keçirilən Alov Qoruyan könüllülər proqramının iştirakçılarının geyinəcəyi uniformaların dizaynını nümayiş etdirib. Tədbirdə, həmçinin Avropa Oyunları texniki rəsmilərin uniformaları da ictimaiyyətə təqdim olunub.

Oyunların Əməliyyat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, uniformaların təqdimatı Bakı 2015 Əməliyyat Komitəsinin 4000-dən çox könüllü üçün təşkil etdiyi məlumat və əyləncə xarakterli Alov Qoruyanların oriyentasiya sessiyasının bir hissəsi idi. Tədbir Bakı 2015 Oyunları zamanı sambo, cüdo və güləş yarışlarının keçiriləcəyi, yeni təmirdən çıxmış Heydər Əliyev adına İdman Arenasında baş tutub.

Tədbir Bakı 2015-in Açılış Mərasimi ərəfəsində başlayacaq Avropa Oyunları könüllülərinin təlim proqramının və fəaliyyətlərinin başlanğıncı hesab olunub.

Musiqi və video çarxların nümayiş olunduğu, geniş auditoriyanın iştirakı ilə yadda qalan gecənin aparıcılığını Tural Əsədov və Hüsniyə Məhərrəmova üstlənib. Alov Qoruyanlar sosial şəbəkə selfi kampaniyasında, rəqs fleşmobunda iştirak etmiş və Bakı 2015 Avropa Oyunlarının missiya və dəyərləri haqqında təqdimatları dinləyiblər. Onlara həmçinin obyektlər, yarışlar və könüllü kimi onlardan gözləntilər haqqında məlumatlar, o cümlədən Bakı 2015-in idman elçiləri Suqra Müqabilzadə və Nazim Babayev ilə müsahibələr təqdim olunub.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov könüllülərə müraciətində bildirib: “Sizin Alov Qoruyanlar proqramında iştirakınız sayəsində Avropalı idmançılar mükəmməl yarışlar nümayiş etdirəcəklər.

“Siz həmçinin şövq, səmimiyyət və fədakarlığınızla Oyunların abu-havasını yüksəltməyə kömək edəcəksiniz.”

İştirakçılara 110000 ədəd uniformanın Azərbaycandakı istehsal prosesindən bəhs edən video çarx nümayiş etdirilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq tədbirdə çıxış edib: “Alov Qoruyanlar ilk Avropa Oyunlarını məxsusi edən amillərdən biridir. Bu gün onların həyəcanını görmək çox sevindiricidir və mən əminəm ki, könüllülərimizin bu həyəcanı Oyunlar zamanı da davam edəcək və onlar öz uniformalarını qürurla geyinəcəklər. Bakı 2015-in simaları kimi onların rolu bu tədbirin uğurlu keçməsi üçün olduqca vacibdir.”

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib: “Bakı 2015 ALov Qoruyanlar proqramında könüllü olaraq iştirak etməklə minlərlə gəncimiz gələcəkləri üçün …read more

From:: ANS