Polat Alemdara daha bir zərbə (VİDEO)

Türkiyənin fenomen serialı “Kurtlar Vadisi Pusu”nun yeni bölümünün anonsu yayımlanıb.

ANS PRESS-in məlumatına görə, film yaddaşlardan silinməyəcək yeni bir bölüm ilə tamaşaçılarının qarşısına çıxmağa hazırlaşır.

Maraqla gözlənilən “Kurtlar Vadisi Pusu” 248-ci bölümü 26 fevral tarixində ekranlara gələcək. Yeni bölümdə Polat Alemdar və Cahitin vəziyyəti maraq mövzusu olaraq qalacaq.

Serialda ən maraqlı məqam isə Poladın aqibəti olacaq. Cahitin bir anda qarşısına çıxmasından çaş-baş düşən Alemdar gözləmədiyi hadisə ilə qarşılaşır.

Dostunun xəyanəti ilə şoka düşən Polat Alemdar Məbədçilərin əlinə keçəcəkmi?

Bu sualların cavabı serialın son bölümündə aydın olacaq.

…read more

From:: ANS