Bakının mərkəzi yolu bağlanır

Bakının mərkəzi yollarından biri 3 gün bağlı olacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 24-ü gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-in qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlıdır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC alternativ variant kimi 28 may, Nizami, Rixord Zorge, Puşkin küçələrindən istifadə etməyi məsləhət görür. …read more

From:: ANS