28 mayda asılmış qadın meyiti

Bakının Qaradağ rayonu ərazisində gənc qadının asılmış meyiti tapılıb.

Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun 28 may qəsəbəsində baş verib.

Hadisə barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin 1984-cü il təvəllüdlü Zeynəb Nəzirağa qızı Muradova olduğu məlum olub.

Müəyyən olunub ki, qadın intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS