AB-nin qazlanan ehtirası

Bu il Avropa Birliyi (AB) Bakı və Aşqabad ilə memorandum imzalamaq fikrindədir. Bu barədə Almaniya mətbuatı yazır. Bu, Avropanın qazla dayanıqlı təchizatının artırılması zərfinin bir hissəsi olmalıdır. Alman nəşrləri yazır ki, AB ilə enerji birliyi üçün lazım olan sənədlər artıq hazırdır.

Məsələdə vəziyyət dəyişib, daha öncə AB belə bir zərfi yalnız 2016-cı ildə imzalamağı düşünürdü. Sənədlərin hazırlanma müddətinin tezləşdirilməsinin bir neçə səbəbi var. Amma əsas səbəb Avropanın Rusiya qazından asılılığının azaldılmasıdır. Brüssel zəngin karbohidrogen ehtiyatına malik İranı da yaddan çıxarımır, amma bu məsələ atomun istifadəsi üzrə danışıqların başa çatmasından sonra həll edilə bilər.

Başqa versiya da var. Bu versiyaya görə, Moskva, Bakı, Aşqabad və Tehran ümumi qaz nəqli infrastrukturu yarada bilərlər. Bununla da bir-birləri ilə rəqabət aparmağı dayandırarlar. Bu, iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı həm də Xəzər bölgəsində sabitliyə zəmanət verir, çünki qazın ixracı üzrə həcmləri və istiqamətləri razılaşdırmağa imkan verir.

Yəqin məhz elə buna görə Brüssel sürətlə Bakı və Aşqabadla strateji energetika tərəfdaşlığına tələsir. Buna görə də Avropa Birliyi Azərbaycanla daha sıx əməkdaşlığa hazırdır. Bu, rəsmi Bakı üçün yeni imkanlar və perspektivlər açır. Ekspertlər sanır ki, Avropa ilə yaxınlaşmaq rəsmi Bakıya əsas probleminin həlli – Dağlıq Qarabağın və Azərbaycanın digər rayonlarının Ermənistan işğalçılarından tam azad edilməsi üçün yeni diplomatik həmləyə başlamasına imkan yaradacaq. …read more

From:: ANS