Gəncədə güclü partlayış

Bu gün səhər saatlarında Gəncədə güclü partlayış baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış Mehdi Hüseynzadə küçəsi 14 ünvanındakı yaşayış evlərinin birində qeydə alınıb.

Hadisə nəticəsində ev sahibi 42 yaşlı Rövşən Qələndərov yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəstəyə müayinə zamanı başın, boyunun, hər iki əlin ikinci, üçüncü dərəcəli termiki yanıq diaqnozu qoyulub. Onun bədəninin 18 faizi yanıb.

Hadisənin qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS