Deputat manat haqda

“Bəzi adamlar iqtisadi prosesləri bilmədən ağıllarına gələni danışır. Çox təəssüf edirəm”. ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsinin düşməsi gözlənilən idi. “Amma yumşaq devalivasiya olmalı idi. Devalvasiyanı da etməyin yolları var. Birdən-birə manatın bu qədər ucuzlaşması normal deyil. Mən tez-tez Mərkəzi Bankla əlaqə saxlayrdım və mənə deyirdilər ki, 1 dolların məzənnəsi 85-90 qəpik arasında olacaq. Mərkəzi Bank öz sözünün üstündə durmadı”.

Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın 21 fevralda manatla bağlı verdiyi qərar əhaliyə mənfi təsir edir. Deputat deyib ki, artıq bölgələrdə və paytaxtda bahalaşma başlayıb. “Un, şəkər və digər məhsulların qiymətində artım müşahidə edilir”.

Vahid Əhmədov süni bahalaşmayda da diqqət çəkib. O bildirib ki, Vergilər Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi birgə reydlər keçirməli və süni qiymət artımının qarşısını almalıdır.

Deputat onu da bildirib ki, digər bir problem də banklardan dollarla kredit götürənlərlə bağlıdır. “Bir çox iş adamı dollarla götürdükləri kreditləri ödəməkdə çətinlik çəkəcək. Hökumət bu məsələni həll etməlidir. Anti-böhran mexanizmləri hazırlanıb tətbiq edilməlidir. Manatın ucuzlaşması ilə bağlı verilən qərar birbaşa Mərkəzi Bankın səhvidir”. …read more

From:: ANS