“Stratfor” Bakıdan yazdı

ABŞ-ın nüfuzlu “Stratfor Qlobal İnttelicens” Təhlil Mərkəzi “Cənub Dəhlizinin imkanlarını araşdırarkən” başlıqlı yazı dərc edib. Yazıda deyilir ki, Azərbaycan Avropanın diversifikasiya arzusundan faydalanmaq üçün optimal mövqedədir.

ANS PRESS-in məlumatına görə, mərkəzin analitik yazısında bildirilir ki, Ukraynadakı böhran Rusiyanın enerji təchizatından asılılıq Avropa üçün necə riskli olduğunu göstərdi. Bu, Azərbaycan üçün işə qarışmağa imkanlar yaratdı: “Azərbaycan indi Rusiyadan yan keçməyi hədəfləyən Cənub Dəhlizi marşrutundan yararlanır, neft və təbii qazını Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə nəql edir. Bu layihələr Bakını on ildir Avropa üçün etibarlı tərəfdaşa çevirib. Azərbaycan, həmçinin “Şahdəniz 2″ yatağını istismar edir və bu yatağa çıxış üçün bir neçə konsorsium mübarizə aparıb.”

Bundan əlavə, Avropa Azərbaycanın Trans-Xəzər kəmərində iştirakını da genişləndirməyə çalışır. Bu kəmər Türkmənistanı Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirə bilər. Azərbaycanın bütün qazı Trans-Adriatik kəmərinə hesablandığı üçün Avropa İttifaqı gözünü ildə 80 milyard kubmetr qaz istehsal edən Türkmənistana dikib.

“Stratfor” yazır: “Bütün bu imkanlara baxmayaraq, enerji layihəsinin seçimi üçün diplomatik manevrlər Azərbaycanı maliyyə və siyasi gərginliyə məruz qoyacaq. Bu proses zamanı Rusiyanı özündən çıxarmaq olmaz, Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmalıdır. Uzunmüddətli perspektivdə isə Azərbaycanın sabitliyi, Rusiya və Qərb arasında nisbətən balanslı xarici siyasəti ölkəyə və onun enerji perspektivlərinə fayda verəcək.” …read more

From:: ANS