Döyüşlər daha da qızışır (VİDEO)

Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır.

ANS TV-nin məlumatına görə, Ukraynanın hərbi sözçüsü- separatçılar tərəfindən hücumların davam etməsi ilə əlaqədar, Ukrayna ordusuna məxsus hərbi texnikanın cəbhə xəttindən çıxarılması ilə bağlı planı müvəqqəti olaraq təxirə saldıqlarını bəyan edib. Çoxdan bəri gözlənilən humanitar yardım dünən nisbi atəşkəsin hökm sürdüyü Deboltsevo şəhərinə gəlib çıxıb.

Beynəlxalq Qırmızı Xaç komitəsinə görə, şəhərdə çıxılmaz vəziyyətdə, işıqsız, susuz və yeməksiz qalmış 5 minə yaxın insanın ərzağa, və digər vasitələrə böyük ehtiyacı var.

Qırmızı Xaç Komitəsi və bir sıra digər təşkilatlar şəhərdə fəaliyyətini davam etdirən yeganə xəstəxanaya külli miqdarda dərman və tibbi preparatlarla yardım göstərib.

…read more

From:: ANS