Tehran ümid verdi

Tehranın nüvə proqramına dair danışıqlar martın 2-də İsveçrədə davam etdiriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə ötən gün Cenevrədə keçirilən danışıqlarda razılıq əldə olunub.

Cenevrədə keçirilən danışıqlarda İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi və ABŞ enerji katibi Ernest Moniz də iştirak ediblər. Bildirilib ki, müzakirələrdə müəyyən irəliləyiş müşahidə olunur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ikigünlük danışıqların yekununda deyib ki, ABŞ dövlət katibi Con Kerri ilə təkbətək danışıqlar aparıb, görüş faydalı, konstruktiv və ciddi keçib, ancaq gediləsi uzun bir yol var.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi həll ounacaq məsələləri müəyyənləşdirildiyini, lakin razılığa gəlinib-gəlinməyəcəyinin hələlik aydın olmadığını diqqətə çatdırıb: “Müəyyən irəliləyiş əldə olunub, 6 fövqəldövlət və İran həlli vacib bəzi məsələləri sürətləndirib.”

Ümumiyyətlə, ABŞ və İran vasitəçiləri cümə günündən bəri görüşlər keçirirərək İran və dünyanın altı ən güclü dövləti arasında hərtərəfli razılığın əldə olunmasına maneəçilik törədən texniki mübahisələri həll etməyə çalışırlar.

Xatırladaq ki, hər iki tərəf çərçivə sazişi əldə etmək məqsədilə qarşı tərəfə martın 24-ə, davamlı razılıq əldə etmək üçün isə iyulun 1-ə dək möhlət verib. Bu razılıq nəticəsində İran nüvə fəaliyyətlərinin sülhpərəst olduğunu təmin edəcək, əvəzində isə ona qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq. …read more

From:: ANS