Gəncədə qadın faciəvi şəkildə öldü

Bu gün səhər saatlarında Gəncədə piyada dəhşətli şəkildə həlak olub.

Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Tağı Arani küçəsində, “İmperial” şadlıq evinin yaxınlığında qeydə alınıb.

Hadisəni “VAZ 2106” markalı avtomobil törədib. Avtomobil yoldan keçən orta yaşlı qadını vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə yerində ölən qadının kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS