Prezident nazirlər kabinetini toplayacaq

Türkiyə nazirlər kabineti prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində növbəti iclasını keçirəcək.

ANS PRESS-in xəbərinə görə, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında məlumat verib.

Prezident Ərdoğan nazirlər kabineti iclasının martın 9-da bazar ertəsi günü olacağını bildirib.

Xatırladaq ki, bu il yanvarın 19-da da nazirlər kabinetinin iclası prezident Ərdoğanın rəhbərliyində keçirilmişdi. Türkiyədə nazirlər kabinetinin prezidentin rəhbərliyində toplanması nadir hadisə olduğundan Ərdoğanın bu addımı müxalifət tərəfindən tənqidlə qarşılanmışdı.

Qeyd edək ki, son dəfə 15 il bundan əvvəl Süleyman Dəmirəlin dövründə nazirlər kabineti prezidentin rəhbərliyində toplanmışdı.

Bundan əvvəl isə nazirlər kabineti daha 4 prezidentin, Camal Gürselin, Fəxri Korutürkün, Kənan Evrenin və Turqut Özalın rəhbərliyində iclas keçirib. …read more

From:: ANS