Bakıda avtobus gözləyən qadın dayanacaqda öldü

Ötən axşam Bakıda ölüm hadisəsi baş verib. Bakıının Nərimanov rayonunda avtobus dayanacağında gözləyən qadın qəfildən dünyasını dəyişib.

Ağa Nemətulla küçəsində qeydə alınan hadisə zamanı 69 yaşlı Şərafət Səlimovanın meyiti tapılıb. Şahidlərin deməsinə gərə qadın yolu keçmək istəyərkən yerə yıxılıb.

Ətrafdakı sakinlərin müdaxiləsinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa qadını həyatda saxlamaq üçün təcili tibbi yardım da çağırılıb. Amma həkimlərin müayinəsi zamanı 69 yaşlı qadının ürək tutmasından öldüyü müəyyən edilib

Ömrü avtobus dayanacağında sonra çatan Şərafət Səlimovanın meyiti əvvəl morqa oradan isə yaxınlarına təhvil verilib. …read more

From:: ANS