Tarkan heyvanlara dəstək verdi (VİDEO)

Türkiyənin Mega-Starı Tarkan “İctimai öhdəliklər” layihəsi çərçivəsində küçə heyvanlarına dəstək verib.

ANS PRESS-in məlumatına görə, müğənni İzmir vilayəti Seferihisar rayonu bələdiyyəsinin tikdirəcəyi heyvan yuvasına dəstək nümayiş etdirib.

Tarkan, “You-Tube”a yüklədiyi video ilə yuvanın tikintisinin başa çatması üçün yardım çağırışı edib.

Qeyd edək ki, Tarkan daha əvvəl də küçə heyvanlarına qarşı olan həssasiyyətini göstərərək bu kimi layihələrə dəstək vermişdi.

…read more

From:: ANS