Qarabağ müharibəsinin veteranları təhqir edildi

Qarabağ münaqişəsinin veteranları Pavel Muradyan və Armen Lambaryan Dağlıq Qarabağda “Predparlament” tərəfdarlarının döyülməsinə qarşı etiraz əlaməti olaraq döyüş mükafatlarından imtina ediblər.

ANS PRESS-in məlumatına görə, daha əvvəl eyni addımı veteranlar İqor Muradyan və Apres Zoqrabyan atıb.

Yanvarın 31-də Dağlıq Qarabağda avtomobil yarışında iştirak etmiş “Predparlament” tərəfdarları Berdzor rayon mərkəzinə yaxın ərazidə döyülmüşdülər. Hadisə zamanı altı nəfər zərər çəkmişdi, o cümlədən Qarabağ müharibəsinin veteranı Jirayr Sefilyan da döyülmüşdü. Aksiya iştirakçılarının sözlərinə görə, müxalifətçilərin döyülməsində polis əməkdaşları iştirak ediblər. Polis bu hadisənin aktivistlər tərəfindən təxribatın nəticəsi olduğunu bildirib. Dağlıq Qarabağ baş prokurorluğu bu fakt üzrə cinayət işi qaldırıb.

Pavel Muradyan və Armen Lambaryan toplam olaraq 11 döyüş medalından imtina edib. Bu haqda onlar özləri bugünkü mətbuat konfransında bildiriblər.

Xatırladaq ki, Dağlıq Qarabağın qeyri-parlament partiyaları erməni müxalifətçilərinin avtomobil yarışının polis tərəfindən əzilməsində ittiham edib. …read more

From:: ANS