ABŞ-da Xocalı soyqırımı ilə bağlı posterlər vurulub (VİDEO)

Xocalı həqiqətlərinin Birləşmiş Ştatlarda tanıdılması ilə əlaqədar isə son illərin təcrübəsi davam etdirilir. Vaşinqton və Nyu-York metrosunda Xocalıya həsr olunmuş plakatlar asılıb. Aksiyanı həyata keçirənlər milyonlandan çox insanın diqqətini bu yolla cəlb edəcəklərini hədəf seçib.

ABŞ-ın strateji və inzibati mərkəzi Xocalı həqiqətlərini əks etdirir. Azərbaycan-Amerika Alyansı artıq dördüncü ildir ki, ABŞ-da keçirilən “Xocalı soyqırımını tanıtım” aksiyası davam edir. Fevralın 17-i Nyu-Yorkdan başlanan multimedia kampaniyasının davamı olaraq Nyu-York metrosunda üzərində Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu plakatlar bərkidilib. Nyu-York metrosu hərəkətin sıxlığına və metro stansiyalarının çoxluğuna görə dünyada birinci yeri tutur. Xocalı haqqında məlumatların məhz belə metro şəbəkəsində quraşdırılması daha çox insanın soyqırımdan xəbər tutması ilə nəticələnir.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində davam etdirilən aksiya Vaşinqton metrosu ilə başladı. Vaşinqtonun ən mərkəzi metro stansiyası olan “Metro Center” başdan-başa “Xocalı… Azərbaycana qarşı bəşər faciəsi”, “Xocalıya ədalət” başlığı altında posterlərlə əhatələnib.

Hər gün təxminən 50 min sərnişinin keçdiyi bu metro stansiyasında posterlər üç həftə ərzində yerli sakinləri və turistləri soyqırımın həcmindən xəbərdar edəcək. Bu vaxt ərzində posterləri görən insanların sayı bir milyonu keçəcək. “Metro Center”lə yanaşı Vaşinqton metrosunun digər stansiyalarında Xocalı soyqırımından bəhs edən posterlər bərkidilib.

ABŞ Prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların baş ofisinə qədər bütün strateji obyektlərin yerləşdiyi Vaşinqtonda Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir.

…read more

From:: ANS