Müxalifətdə böyük çaxnaşma (VİDEO)

Bir neçə gün əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa vermiş sədr müavini Razi Nurullayev ANS-ə müsahibə verdi.

– Razi bəy AXCP-dən istefa verməyinizin səbəbi nədir?

– İstefamın səbəbi AXCP-də Əli Kərimlinin tək hakimiyyətliliyini qəbul etməmək və onun daxili diktatura yaratmasından qaynaqlanan narazılığımdır. Bununla barabər mən hər zaman partiyaya sağlam bir abu-havanın gəlməsini istəmişəm. Mən partiyadan getmək istəmirdim. Təbii ki, neçə illərimi bu partiyaya vermişdim. Amma Əli Kərimlinin şəxsi maraqları – partiyada və müxalifətdə lider olmaq uğrunda mübarizəsi məni usandırdı. Bu məsələlərdə ona mane olmamaq üçün məni partiyadan kənarlaşdırmaq yolunu tutdu.

– Narazılığınız nədən idi və bu fikir ayrılığı nə zaman başladı və nə vaxt qərara aldınız ki, siz partiyanı tərk etməlisiniz?

– Hesab edirəm ki, müxalifət müxalifətdə qalmaqdan doymalıdır. Biz hər zaman iqtidarı tənqid edirik ki, hakimiyyətdən getmək istəmirlər. Eyni zamanda Əli Kərimli də müxalifətdə qalmaqdan və müxalifətçilikdə birinci olmaqdan doymadı. Məhz bu ən böyük narazılıqdır. Hesab edirəm ki, zaman keçdikcə xalq bizdən uzaqlaşmaqdadır. Bu barədə söhbətimiz oldu. 2015-ci ildən sonra bizim taleyimiz necə olacaq? Mən əvvələr də müsahibələrimdə demişdim ki, mənim üçün 2015-dən o yana yol yoxdur, xalqda bizə 2015-ə qədər yol qoyub. 2015-dən sonra müxalifət bu şəkildə qala bilməz. Qarşıdan da qurultay gəlir. Və belə düşündük ki, artıq partıyanın daxilində ona qarşı bir narazılıq yetişməkdədir. Eləcə də insanlar əvvəlki kimi idarə olunmaq istəmir. O, isə öz xasiyyətini dəyişərək partiyaya yenilik gətirmək istəmir. Artıq yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar isə əvvəlki kimi idarə olunmaq istəmir. Lenin bu tezisi də burda özünü doğruldur. Narazılıq bundan qaynaqlanıb.

– Bu yaxınlarda Müsavat Partiyasından Qubad İbadoğlu və onunla birlikdə digər funksionerlər istefa verdi. Müxalifətdə olan – Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaların hər ikisində eyni vəziyyət yaranıb. Sizcə bu ondan xəbər vermirmi ki, hər iki partiyanın problemləri oxşardı?

– Hesab edirəm ki, Azərbaycanda olan bütün partiyaların problemləri oxşar yox, eynidir. …read more

From:: ANS