Romada Azərbaycanla bağlı konfrans keçirilib

Roma Tor Verqata Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Classis Project” təşkilatının təşkilatçılığı ilə “Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı. Avropa və Asiya arasında körpü” mövzusunda konfrans keçirilib.

Universitetin humanitar elmlər fakültəsinin dekanı Franko Salvatore konfransı açaraq son illər İtaliyada Azərbaycanla bağlı müxtəlif konseptdə tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, bu cür layihələrin reallaşdırılması Azərbaycanı daha yaxından tanımağa imkan yaradaraq, ölkələrimiz arasında əlaqələrin inkişafına da yol açır.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirin Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq baxımından önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, bu cür layihələr ölkələrimiz arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyə yönəlib.

Azərbaycanın inkişaf tarixindən danışan A.Quliyev bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionunda çox vacib rol oynamaqdadır. Cəmi 24 illik müstəqillik tarixinə malik Azərbaycan bu qısa zaman kəsiyində mütərəqqi inkişaf yoluna qədəm qoyub. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərə və milli köklərə malik xalqların əsrlər boyu vahid ailə kimi yaşadığı multikultural bir cəmiyyət mövcuddur.

Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindən bəhs edən Şura sədri deyib: “Bildiyiniz kimi, Azərbaycan siyasi, iqtisadi eləcə də digər mühüm sahələrdə Aİ ilə yaxın və yaxşı qonşuluq əlaqələrinə malikdir. Ölkəmiz ilə Aİ arasında imzalanmış çoxsaylı sənədlər Azərbaycanın mövcud ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir. Xüsusilə, İtaliya ilə güclü siyasi, iqtisadi və mədəni əlaqələrimiz var. Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən A.Quliyev qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan hökuməti münaqişənin ağır nəticələrini yaşayan insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də, onların ən böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır. A.Quliyev 2005-ci ildə İtaliya hökuməti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar yardımın göstərilməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Şura sədri əlavə edib ki, bu günlərdə Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımının 23-cü ildönümünü …read more

From:: ANS