Manatdan növbəti zərbə

Manatın kəskin ucuzlaşması siqaret satışına da təsir edib.

ANS PRESS-in əməkdaşının Bakıda fəaliyyət göstərən bir sıra köşklərdə apardığı müşahidələr belə deməyə əsas verir.

Belə ki, xüsusən də metronun çıxışlarında olan köşklərdə siqaret demək olar ki, satılmır. Satıcılar buna səbəb kimi bildirirlər ki, siqaretləri topdan satışdan ala bilmirlər. Onların sözlərinə görə, hazırda siqaretlərin yeni qiymətə satılması üçün hazırlıq gedir.

Bəzi köşk və marketlərdə isə siqaretlər satılır. Bildirilir ki, buna səbəb satıcıların manatın ucuzlaşmasından əvvəl topdan satışdan alıblar. Ona görə də köhnə qiymətə satılır.

Qeyd edək ki, manat bir gündə 35 faiz ucuzlaşıb və 1 manat 1,05 dollar olub. …read more

From:: ANS