İdmançılarımız 30 saat gözlədilər, 12 medal aldılar

Həftəsonu Estoniyanın Tartu şəhərində yekunlaşan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirdən idmançılarımız 5 qızıl, 5 gümüş və 2 bürünc medalla dönüb.

ANS PRESS-in məlumatına görə, 4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə – halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 qızıl medal qazanıb.

Böyüklər kateqoriyasında çıxış edən gimnast Marina Durunda da gürzlərlə hərəkətlərdə “qızıl”a layiq olduğunu isbatlayıb. Bundan başqa o, ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş, həmçinin lent və topla ilə hərəkətlərdə 2 bürünc medal alıb.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş medal qazanıb.

Bu səfər gimnastlarımızın hava şəraiti əlaqədar olaraq, İstanbul hava limanında 30 saat gözləmələri ilə yadda qalıb.

Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla eniblər. Moskvada “Qran-pri” yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb. Həmçinin top və lent ilə finallara çıxmağı da bacarıb. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova 7-ci yerdə qərarlaşıb. …read more

From:: ANS