Poroşenko klouna bənzədildi

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin Ukrayna prezidenti Pyotr Poroşenkonu klounla müqayisə edib.

ANS PRESS-in məlumatına görə, bu haqda Markin Twitter hesabında yazıb.

Vladimir Markin Krımı qaytarmağa söz vermiş Poroşenkonun bəyanatını klounun “acıqlı müraciəti” deyə adlandırıb.

Bu Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin ilk belə hərəkəti deyil. O bir neçə dəfə Ukrayna prezidenti Pyotr Poroşenko haqda təhqiramiz sözlər işlədib.

Ukrayna tərəfi bu haqda hələ heç bir açıqlama verməyib. …read more

From:: ANS