Bakıya vacib səfər

Azərbaycan hökumətinin dəvəti ilə Avropa İttifaqının (Aİ) xüsusi təmsilçisi Stavros Lambrinidis bu gün Bakıya gəlir.

ANS PRESS-in məlumatına görə, onun Bakı səfəri zamanı hökumət rəsmiləri ilə nəzərdə tutulan görüşlərində Aİ-Azərbaycan münasibərləri, Azərbaycanda insan hüquqları ilə bağlı məsələlər gündəmdə olacaq.

S.Lambrinidis səfəri zamanı hüquq müdafiəçiləri ilə də görüşəcək.

Xatırladaq ki, Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını, həbsdə yatanların konkret cinayətə görə saxlandığını bildirir, beynəlxalq insan hüquqları təşkilatlarını Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdə ittiham edir. …read more

From:: ANS