Arif Yunus daha 5 ay həbsdə

Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini bu gün daha 5 ay – 2015-ci il avqustun 5-dək uzadıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Amerikanın Səsinə vəkil Əfqan Məmmədov bildirib.

O deyib ki, məhkəmənin qərarı əsassızdır və müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir. A.Yunus ifadə verməkdən də imtina edib.

Xatırladaq ki, A.Yunus 2014-cü il avqustun 5-də hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir neçə gün sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Lakin Leyla və Arif Yunuslar ittihamları rədd edərək onları uydurma və siyasi motivli sayırlar. …read more

From:: ANS