Avropa Bakı və Aşqabada güvənir

Avropa İttifaqı (Aİ) Azərbaycan və Türkmənistanla əldə etdiyi razılaşmaları gücləndirmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu haqda “Spiegel Online” qəzeti bəzi sənədlərə əsaslanaraq yazıb. Həmin sənədlər gələcəkdə Avropa İttifaqının energetika məsələlərində əməkdaşlığını tənzimləmək üçün hazırlanıb.

Həmin sənədlərə əsasən, Aİ bu il ərzində Bakı və Aşqabadla qarşılıqlı anlaşma haqqında memorandum imzalayacaq. Həmin memorandumlar da Avropanın təbii qazla təchizatında “davamlılığın” artırılması üzrə paketin bir hissəsi olacaq. Avropa İttifaqı bu paketi 2016-cı ilə qədər tam hazırlamaq istəyir.

“Aİ bütün xarici siyasət vasitələrindən istifadə edəcək ki, istehsalçı və tranzit ölkələrlə strateji əməkdaşlığı möhkəmləndirsin. Həmin ölkələrə Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan, bəzi Yaxın Şərq və Afrika ölkələridir.” Həmçinin bildirilir ki, layihə çərçivəsində Norveç, ABŞ və Kanada ilə də əməkdaşlıq nəzərdə tutulur. …read more

From:: ANS