Əhmədinejadın anasının anma mərasimində izdiham (FOTO)

İranın sabiq prezidenti Mahmud Əhmədinejad vəfat edən anası üçün mərasim keçirib.

ANS PRESS-in məlumatına görə, mərasimə başsağlığı verməyə gələnlər sabiq prezidentə böyük maraq göstəriblər. Bir məsciddə təşkil olunan mərasimə minlərlə adam qatılıb. İnsanlar Əhmədinejadın təkrar siyasətə dönməyi ilə bağlı şüarlar səsləndiriblər.

Mərasimdə İran dini lideri Ayətullah Əli Xamneyinin Əhmədinejadın anasının vəfatı ilə bağlı yayımladığı başsağlığı mesajı oxunub. Əhmədinejadın çətin günlərində ona hökumət nümayəndələri də dəstək olublar və ona başsağlığı veriblər.

Əhmədinejadın 11 fevralda vəfat edən anası üçün İranın digər bir şəhəri, Təbrizdə də mərasim təşkil edilib.

Qeyd edək ki, İranda 8 il prezident postunda çalışmış Əhmədinejad 2013-cü ilin avqustunda siyasətdən gedib.

…read more

From:: ANS