Çörək iki dəfə bahalaşdı?

Bakının bəzi marketlərində çörəyin qiymətinin iki dəfə qalxdığı bildirilir.

Bu barədə ANS PRESS-ə alıcılar xəbər veriblər. Onların sözlərinə görə, Bakının Suraxanı, Binəqədi rayonlarında bir sıra marketlərdə çörək 60, 70 qəpikdən satılır.

Alıcılar bildirirlər ki, satıcılar bunu manatın dollar qarşısında ucuzlaşmağı ilə izah edirlər.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi açıqlamaya görə, Bakıda çötəyin qiymətində artım qeydə alınmayıb.

“Mütəmadi olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən montorinqlər keçirilir. Bu süni qiymət artımının qarşısının alınmasını əhatə edir. Monitoriunqlər zamanı çörəyin qiymətində heç bir artım müşahidə olunmayıb”, – deyə Abbas Əliyev bildirdi. …read more

From:: ANS