Bakıda fahişələrə başçılıq edən qadın tutuldu

Bakıda qadınları fahişəliyə cəlb edən şəxs saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, əməliyyat Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Bakı şəhər sakini Rəfiqə Mansurova saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır. …read more

From:: ANS