“53 il işləmişəm bir evim var” (FOTO)

“53 il çalışmışam. Sadəcə bir evim var”. ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin ən tanınmış aktrisalarından biri, rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmində ana obrazını canlandıran Nebahet Çehre deyib.

Aktrisa Türkiyə kino tarixinin ötən əsrdə yaşanan Yaşılçam adlanan dönəmindəki çətiniklərdən danışıb. O, heç zaman əməyinin qarşısını ala bilməməkdən şikayət edib. “Hollivudda bir film çəkib iqtisadi azadlıq əldə edirlər”.

Çehre fransız liseyindəki “Geçmiş və bu günü ilə Yaşılçam” panelinə qatılıb.

O, aktrisalığı səhvləri üzərində öyrəndiyini deyib. “Bu gün hamıya tədrisi ön planda tutmağı tövsiyyə edirəm. O zamanlar aktrisa kimi səhvləri çox etmək şansımız da yox idi. Bu günki kimi pul qazanmaq olmurdu. İldə 16 film çəkirdik. Amma bütün çətinliklərə baxmayaraq unudulmaz əsərlər qazandırdığımızı düşünürəm”.

Nebahat Çehre çıxışını tez bitirib. O, kalium çatışmazlığından şikayətləndiyini və evinə gedib istirahət edəcəyini deyərək paneli tərk edib.

…read more

From:: ANS