Mədən faciəsi: ölənlər var

Bosniya Hersoqovinada 4 fəhlənin ölümü ilə nəticələnən mədən qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə ölkənin şimal şərqindəki Tuzla şəhərində olan Dubrave kömür şaxtasında meydana gəlib.

Tuzla kantonu daxili işlər nazirinin sözçüsü İzudin Şariç, dağıntıların altında qalan fəhlələrin cəsədlərinin çıxarıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini bildirib.

Mədənin qeyri-qanuni fəaliyyət göstərdiyini deyən Şariç bildirib ki, faktla bağlı araşdırmalar davam edir. …read more

From:: ANS