Bakıda qaranlıq yol can aldı

Bakı – Şamaxı magistralında piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Mağıstralın 16-cı kilometrliyində qeydə alınan hadisə zamanı yolu keçmək istəyən 40-45 yaşlarında bir kişi Ağakərim Ağamalıyevin idarə etdiyi “Ford” maraklı avtomobilin zərbəsi ilə üzləşib. Nəticədə şəxsiyyəti naməlum piyada hadisə yerindəcə keçinib.

Əraziyə gələn rayon polis idarsinin, eləcə də BDYPİ-nin əməkdaşları sürücünü saxlayaraq izahatının alınması üçün polis orqanına aparıblar.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, yolda işıqlandırma sistemi olmadığından bu cur hadisələr tez-tez baş verir.

Faktla bağlı BDYPİ-nin istintaq şöbəsində araşdırmalar aparılır.

Dünyasını dəyişən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində də tədbirlər həyata keçirilir …read more

From:: ANS