Pentaqonun yeni rəhbəri Əfqanıstanda peyda oldu

ABŞ-ın yeni müdafiə naziri Eşton Karter Əfqanıstana səfər edib.

ANS PRESS-in məlumatına görə, Pentaqon rəhbəri ABŞ qoşunlarının qarşıdakı iki il ərzində bu ölkədən çıxması planını nəzərdən keçirib.

Əfqanıstana səfərinin ikinci günü cənab Karter paytaxt Kabildən Qəndəhara gedərək Əfqanıstan liderləri və Amerika ordu komandanlığı ilə görüşüb.

Karterə Əfqanıstan təhlükəsizlik qüvvələrinə keçilən təlim barədə qısa məlumat verilib.

Yeni nazir deyib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı missiyasının detallarını yenidən nəzərdən keçirir. O, buraya ABŞ qoşunlarının ölkədən çıxarılmasının ləngidilməsi məsələsinin də daxil olduğunu deyib. …read more

From:: ANS