Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 22:27-də Astara rayonundan 28 km şərqdə, Xəzər dənizində qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3,1, dərinliyi 29 km olub.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bundan əvvəl fevralın 20-də Xəzər dənizndə 3.4 bal, fevralın 19-da Qəbələ rayonunda 3.7 bal, Lerik rayonunda 3.7 bal gücündə zəlzələlər qeydə alınmışdı. …read more

From:: ANS