Obamanı bağışlamaq olarmı?

Respublikaçı qanunvericilər prezident Barak Obamanın birtərəfli qaydada ABŞ-da qeyri-qanuni yaşayan təxminən beş milyon insanın deportasiya edilməsinin qarşısını alacaq mühacirət planını bir daha kəskin tənqid atəşinə tutublar.

ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı Konqresin Nümayəndələr Palatasının Daxili təhlükəsizlik komitəsində keçirilən dinləmələrdə Texas ştatından konqresmen Maykl Makkol deyib ki, Obamanın ABŞ-ın mühacirət siyasətini dəyişdirmək üçün keçən ay səlahiyyətlərindən istifadə etməsi sənədləri olmayan daha çox mühacirin Birləşmiş Ştatlara daxil olmasına imkan yaradacaq.

Prezident Obama bu addımı Senatın bir il bundan əvvəl mühacirətə dair əhatəli qanun layihəsini təsdiq etməsinə baxmayaraq, respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası onu nəzərdən keçirmədiyinə görə atdığını deyib.

Konqres dinləmələrində digər respublikaçılar Barak Obamanın planının legitimliyi ilə bağlı suallar qaldırıblar. Daxili təhlükəsizlik komitəsinin sədri Cey Conson bu tənqidlərə cavab verməyə çalışıb.

Conson prezidentin planının nəinki legitim olduğunu, onun həm də sənədləri olmayan mühacirlərin Amerikada yeni həyata başlamasına imkan verəcəyini deyib. …read more

From:: ANS