Salyanda dəhşətli qəza: 5 ölü

Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Salyan rayonu ərazisində “MAZ” markalı yük maşını ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobildə olan 5 nəfər ölüb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 5 nəfərin cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerində araşdırma aparır. …read more

From:: ANS