Acundan yeni transfer

Türkiyənin tannmış siması, məşhur aparıcı, “TV8” telekanalının sahibi Acun İlıcalı növbəti transferi ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, Acun Türkiyənin “Show TV” kanalında hər gün nümayiş olunan “Bu tərz mənim” proqramını öz kanalında görmək üçün danışıqlara başlayıb. Proqramın isə “Show TV” ilə bağladığı müqavilənin müddəti başa çatmadığınıdan tərəflər hələlik razılığa gələ bilməyiblər. Acun İlıcalı ilə proqramın prodüsserləri arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, həftə içi hər gün gündüz, şənbə günü gecə yayımlanan “Bu tərz mənim” proqramının aparıcısı Öykü Serter, münsiflər heyəti isə məşhurların stilisti Nur Yerlitaş, Kamal Doğulu, Uğurkan Erez və İvana Sertdir.

Acun İlıcalının bu proqramı öz kanalına transfer etməyə qərarlı olduğu bildirilir. …read more

From:: ANS