Çayxanada yanğın

Ötən axşam Sumqayıt şəhərində vətəndaşa məxsus çayxanada yanğın baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşən çayxananın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb.

Çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS