İbrahim Tatlısəs AKP namizədi oldu

Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkisində iştirak edən namizədlər arasında təəccübləndirici adlar da var.

ANS PRESS-in məlumatına görə, bunlardan biri türkiyəli məşhur müğənni İbrahim Tatlısəsdir.

Hazırda ABŞ-da müalicə kursu keçən və yeni əməliyyata hazırlaşan tanınmış türküçünün namizədliyi qəbul ediləcəyi təqdirdə o, AKP-nin Şanlıurfa üzrə millət vəkili olacaq.

Bu barədə Şanlıurfanın AKP nümayəndəliyinin sədri Zeynal Abidin Bəyazgül yazılı açıqlama yayıb.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. …read more

From:: ANS