Günün bürcü: səhhətinizə fikir verin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – aktiv, bir neçə istiqamətdə eyni vaxtda çalışmağı tələb edən gündür. Qəti addım atın, görüş, danışıq və ya qərarı təxirə salmayın.

İkinci dərəcəli işlərin hamısını təxirə salaraq sizə yeni mövqeyə çıxmağa imkan verən işlə məşğul olun.
Yaxın ətrafınızdakı insanlara işlərinizdən bəhs edə bilərsiniz. Əgər situasiya sizi işdə gec saatlara qədər saxlayırsa və ya hansısa tədbirdə iştirakınız tələb olunursa, bu barədə yaxınlarınıza mütləq məlumat verin.

Perspektivi nəzərə alaraq həyatınıza yeni imkanlar və əlaqələri əlavə edin. Yardım istəməkdən utanmayın, çünki sonradan həmin insana dəstək ola bilərsiniz.
Axşam saatları alış-veriş üçün əlverişlidir.

Buğa – hisslər məntiqi üstələməsin. “Qalmaq, ya getmək?” sualına cavab verməzdən əvvəl yaxşıca düşünün. Tələskənlik etməyin, avantürizmə qapılmayın. Yaxın ətrafınızdakı insanların xətrinə dəyməyin, onlarla sərt və aqressiv davranmayın.

Alış-veriş, imici yaxşılaşdırmaq üçün əlverişli gündür.
Kimsə sizə qayğı göstərirsə, minnətdarlığı unutmayın.

Yaşam məkanınızda dəyişikliklərlə bağlı çoxdankı planı reallaşdırmaq olar.
Axşam saatlarını dostlarla keçirmək məsləhətdir.

Əkizlər – estetik seçiminiz bu gün işgüzar sahədə də özünü göstərə bilər. Tapşırıq və ya qarşıya qoyulmuş məsələnin həllində yeni, estetik vasitəni tapmaq mümkündür.

Dostlar və xüsusilə də mümkün sponsorlarla əlaqələri genişləndirin. İşdəki uğur bu gün əlaqələr və həmin əlaqələrin sayəsində alacağınız informasiyadan asılıdır.

Nəyisə dəyişmək olar. Ən azı iş yerində masanın üzərindəki əşyaların düzənini…
Xəbərlərə, başlarının həyatındakı hadisələrə, rəqiblərin düşərgəsindəki yeniliklərə diqqət və maraq artır.

İlk baxışdan uğursuz təsir bağışlayan situasiyada uğur, qəfil uduş, problemin həllində diqqət və nəvaziş izharı ola bilər.
Axşam saatlarında istrahətdən həzz alın, dincəlin.

Xərçəng – hadisələr sürətlənir, onların emosional məziyyətləri və məzmunları zənginləşir. Gərəksiz təlaş və vurnuxmaya heç bir ehtiyac yoxdur.

İstənilən şəraitdə irəliləmək, istənilən problemi çözmək olar. Ən çətin vəziyyətdə belə, özünüzü itirməyin, ruhdan düşməyin. Pozulan hüquqlarınız və tapdanan haqlarınız uğrunda mübarizə aparın. Qorxaq, müti, taleyin qəzavü-qədərinə boyun əyən insan olmayın.

Əsas işdən ayrılaraq daha vacib məsələnin həllinə ehtiyac yarana bilər. …read more

From:: ANS