Peyğəmbəri təhqir edən jurnal fəaliyyətə başlayır

Bir müddət əvvəl fəaliyyətinin dayandırıldığı bildirilən “Charlie Hebdo” karikatura jurnalı yenidən fəaliyyətə başlayır.

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalın yayım direktoru Jerar Berd Fransız xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

“Bəzi dostlarımız dincəlmək niyyətində olsa da, bəziləri tezliklə fəaliyyətə davam etmək istəyir. Biz isə çıxış yolunu tapdıq: bu çərşənbə yenidən yayım fəaliyyətinə başlayacağıq”, – deyə J.Berd açıqlamasında deyib.

Xatırladaq ki, yanvarın 7-də jurnalın redaksiyasına 2 silahlı şəxs tərəfindən basqın edilmişdi. Basqın zamanı jurnalın 12 əməkdaşı qətlə yetirilmişdi.

Qətli törədən silahlı şəxslər bu addımlarını jurnalda çap olunan karikaturalarda İslam dininin və peyğəmbərinin təhqir edilməsi ilə əsaslandırmışdılar. Həmin şəxslər polislə atışmada öldürülmüşdü. …read more

From:: ANS