Bakı ağ libasa büründü (FOTO)

Azərbaycanın paytaxtı ağ libasa bürünüb.

ANS PRESS-in məlumatına görə, Bakıya küləklə müşayiət olunan güclü qar yağır. Dünən günortadan başlanan qar gecə qısa fasilədən sonra səhər tezdən yenidən yağmağa başlayır.

Küləkli qar şəhərin insanların hərəkətinə maneçilik törədir. Paytaxtın mərkəz küçələrində avtomobil yollarında buz müşayiət olunmur və ictimai nəqliyyat demək olar ki, normal işləyir.

Səhər saatlarında, təxminən saat 9 radələrində şəhərdə havanın tempraturu 0 dərəcə göstərirdi.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq etmişdi. Fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənildiyi, bəzi yerlərdə çovğun olacağı ehtimalı, hətta yolların buz bağlayacağı bildirildi.

…read more

From:: ANS